EN

“Milan”ın sabiq kapitanı Yunanıstan klubunda

Yunanıstanın “Panatinaikos” klubu “Milan”ın sabiq kapitanı, 28 yaşlı müdafiəçi Davide Kalabriya ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu  karyerasının böyük hissəsini “Milan”da keçirib. O, bütün yarışlarda 272 oyun, 10 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən mövsüm isə İtaliya kubokunu qazandığı “Bolonya”da oynayıb. “Transfermarkt” onun bazar dəyərini 4,5 milyon avro göstərir.

Chosen
27
50
idmanxeber.az

10Sources