ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Qətər son illərdə ölkənin imicini yaxşılaşdırmaq üçün İsrailin baş naziri Benyamin Netanyahuya bir neçə əsas müşavirinə təxminən 10 milyon dollar ödəyib.
Bizimyol.info xəbər verir ki, bu barədə "KAN" məlumat yayıb.
Qatargate istintaqında iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinad edən telekanal, Netanyahunun keçmiş kampaniya müşaviri İsrail Eynhorna məxsus Perception Media-nın iki il ərzində ayda 45 min dollar aldığını iddia edib.
Bu məbləğin 18 000 dolları Netanyahunun köməkçisi Conatan Uriçə, 11 000 dolları isə digər köməkçisi Eli Feldsteinə göndərilib.
Xatırladaq ki, "Qatargate" işi ilk növbədə Netanyahunun iki köməkçisi Uriç və Feldsteinin Qətər lobbi firmasında işləyərkən bir sıra cinayətlər törətdiyinə dair şübhələrlə bağlıdır.
Bura xarici agentlə təmaslar və lobbiçilər və iş adamlarının iştirakı ilə korrupsiya fəaliyyətləri daxildir. İstintaq genişlənməkdə davam edir: Şin Bet və polis indi keçmiş İsrail təhlükəsizlik rəsmilərinin Qətərlə mümkün iştirakını və işgüzar əlaqələrini araşdırır.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.