EN

“Neftçi” iki gün ərzində qərar verəcək - Ya saxlanılacaq, ya da…

Cari ilin əvvəlində «Neftçi»yə gəlmiş Aleks Fernandesin burada qalıb-qalmayacağı yaxın günlərdə dəqiqləşəcək.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza daxil olan informasiyaya görə, «Baltika»dan icarəyə götürülmüş braziliyalı yeni mövsümə Azərbaycanda başlamaq istəyir.

Yarımmüdafiəçi Polşa toplanışı zamanı özünü yaxşı tərəfdən göstərməyə, məşqçilərin rəğbətini qazanmağa çalışıb.

23 yaşlı vinger şans qazandığı yoxlama oyunlarında fəallığı ilə yadda qalıb. O, funksionerlərlə söhbətində Rusiyaya dönməyi arzulamadığını bildirib.

Bununla belə, son qərar yenə Samir Abasovundur. Baş məşqçi transfer məsələləri ilə bağlı ayın 19-20-si aralığında rəhbərliklə görüşü olacaq və orada sözügedən «sambaçı»nın durumuna da aydınlıq gələcək.

«Batika» ilə icarə anlaşmasına əsasən, Fernandes 2025-ci ilin sonuna qədər «Neftçi»nin formasını geyinə bilər.

Ötən mövsümün ikinci yarısını Premyer Liqada keçirən cənubi amerikalı Samir Abasovda yaxşı təəssürat oyatmayıb.

Hazırda düşərgədə 16 legionerin olmasını nəzərə alan çalışdırıcı bu sayı 13-ə endirməyi düşünür. O üzdən Aleks Fernandes hələlik iştirak ərizəsindən kənarda qalıb.

SPORTİNFO.AZ

Chosen
66
50
sportinfo.az

10Sources