Referans xəbər verir ki, 2025-ci il Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda uşaqlar" məcmuəsində məlumata əsasən, ölkədə fəaliyyət göstərən qeyri-dövlət ümumi təhsil müəssisələrinin sayı 33 olub. Bu təhsil müəssisələrinin 32-si tam orta məktəb, 1-i isə ümumi orta məktəbdir. Son illərlə müqayisədə qeyri-dövlət məktəblərinin sayı sabit qalaraq əvvəlki illərlə bənzər səviyyədə qalıb.
Bu tədris ilində qeyri-dövlət məktəblərində təhsil alan şagirdlərin ümumi sayı 23,980 nəfər təşkil edib. Onlardan 178 nəfəri ümumi orta məktəblərdə, 23,802 nəfəri isə tam orta məktəblərdə təhsil alır.
Müəllim heyətinə gəlincə, qeyri-dövlət təhsil müəssisələrində çalışan müəllimlərin (əsas heyət) sayı 3,812 nəfər olub. Bu, əvvəlki illərə nisbətən artım olduğunu göstərir. Məsələn, 2020–2021-ci tədris ilində bu göstərici 2,342 nəfər, 2022–2023-cü ildə isə 3,268 nəfər idi.
Qeyd edək ki, qeyri-dövlət təhsil müəssisələrinin sayı 2002–2003-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 9-dan 33-ə yüksəlib. Bu isə ölkədə özəl təhsilə marağın və investisiyanın artdığını göstərir.