EN

İran XİN: Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyirik

ain.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

Biz Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyirik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran Cənubi Qafqazda davamlı təhlükəsizlik və sabitliyə yol açacaq sülh sazişinin ratifikasiyasını dəstəkləyir:

“Azərbaycan və Ermənistan tərəfindən bəyanatın imzalanması iki ölkənin suveren qərarı idi. Biz keçmişdə olduğu kimi iki ölkə arasında Cənubi Qafqazda davamlı təhlükəsizlik və sabitliyə yol açacaq sülh sazişinin ratifikasiyasını dəstəkləyirik”.

Bəqai vurğulayıb ki, region ölkələri arasında kommunikasiya marşrutlarının yaradılması heç bir geosiyasi dəyişiklik olmadan həyata keçirilməlidir:

“Biz region ölkələri arasında kommunikasiya marşrutlarının yaradılması ilə razılaşsaq və dəstəkləsək də hesab edirik ki, bu cür marşrutlar beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanılması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmaqla və heç bir geosiyasi dəyişiklik olmadan həyata keçirilməlidir”.

İran XİN rəsmisi qeyd edib ki, xarici qüvvələrin bölgədə mövcudluğu faydalı hesab edilmir və bu barədə narahatlıq ifadə olunub.

“Xarici qüvvələrin mövcudluğunu faydalı hesab etmirik və narahatlığımızı bildirdik. Bizi əmin ediblər ki, bölgəyə heç bir formada hərbi qüvvələr yerləşdirilməyəcək. Sülh sazişinin mühüm müddəalarından biri də iki ölkənin ümumi sərhədləri boyunca heç bir üçüncü tərəfin hərbi qüvvələrinin yerləşdirilməməsinin vurğulanmasıdır. Ona görə də biz bu məsələdən narahatıq və hadisələrin gedişatını diqqətlə izləyir, hər iki ölkə ilə sıx əlaqə saxlayırıq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
50
operativmm.az

10Sources