Yaxın günlərdə İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında danışıqların yeni raundu keçirilə bilər.
Redaktor.az İran mediasına istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinqdə bildirib.
"AEBA-nın baş direktorunun müavininin keçən həftə İrana səfərində məqsəd İsrail və ABŞ-nin İranın dinc nüvə obyektlərinə hücumlarından sonra Tehranla agentlik arasında qarşılıqlı fəaliyyət formatını işləyib hazırlamaqdan ibarət olub. Yaxın günlərdə İran və AEBA arasında danışıqların növbəti raundu keçirilə bilər", - o qeyd edib.