Apasport saytına istinadən ain.az xəbər verir.
Ümumdünya Hündürmərtəbələrdə Şaquli Qaçış üzrə Assosiasiya (TWA) Dünya Turuna yeni ölkənin - Azərbaycanın qoşulduğunu bəyan edib.
Apasport.az xəbər verir ki, qurum sentyabrın 28-də Bakıda "Flame Towers"də keçiriləcək "SkyWinD" turnirindən bəhs edib.
"Bakının "Triterra" triatlon klubu tərəfindən təşkil edilən "SkyWinD" yarışı sentyabrın 28-də Bakının üç məşhur "Flame Towers"dən birində keçiriləcək. Beynəlxalq qaçışçıları və bu tədbir üçün qeydiyyatdan keçən bütün idmançıları salamlayırıq", - deyə TWA tərəfindən bildirilib.
Qeyd edək ki, yarış iştirakçıları 32 mərtəbəni qət etməli olacaqlar. Turnir 60 əmsallıq xal sistemi ilə keçiriləcək.
Portuqaliyadan uğurlu nəticələr
Atletlərimiz Avropa çempionatında 2 medal qazanıblar
Gimnastlarımız İspaniyada keçirilən beynəlxalq turnirdə çıxış ediblər
Yığmamız Avropa çempionatında iştirak üçün Sloveniyaya yollanıb
Azərbaycanda ilk dəfə: Aquatlon üzrə ölkə çempionatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.