EN

Şabranda Qulu Ağsəsə həsr olunmuş poeziya axşamı

ain.az, 525.az portalına istinadən məlumat verir.

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqının üzvləri üçün fəaliyyət göstərən "Şabran" İstirahət Kompleksində şair, publisist, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığına həsr olunmuş poeziya axşamı keçirilib.

Tanınmış aktrisa Simuzər Ağakişiyeva və rəhbəri olduğu "SAY Production" tərəfindən hazırlanmış tədbirdə şairin qələm dostları, istirahət kompleksinin qonaqları və gənclər iştirak ediblər.

Gecədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunları - Kənan Hüseynov, Murad Hacızadə, Hüseyn Rzayev, Zəhra Əliyeva, Fəxri Ələsgərli, həmçinin, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Şəkurə Rəhimli iştirak edərək şairin yaradıcılığından şeirlər, sözlərinə yazılmış mahnılar səsləndiriblər.

Tədbirin əlamətdar hadisələrindən biri də balaca ədəbiyyatsevər İpək Məcidin iştirak olub. Belə ki, İpək Məcid Qulu Ağsəsin ona həsr etdiyi "İpək" şeirini səsləndirib, gənc incəsənət nümayəndələri də həmin şeirə bəstələnmiş mahnını ifa ediblər.

Sonda Qulu Ağsəs qısa zamanda yüksək peşəkarlıqla hazırlanmış tədbirə görə təşkilatçı Simuzər Ağakişiyevaya və gənclərə öz təşəkkürünü bildirib.

Simuzər Ağakişiyeva bu cür tədbirlərin gələcəkdə də müxtəlif zonalarda, fərqli istirahət məkanlarında keçirilməsinin vacibliyini vurğulayıb, yaxın zamanda bir layihə şəklində ədəbiyyat, poeziyasevərlərə təqdim etmək arzusunu dilə gətirib.

ŞAHANƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
50
525.az

10Sources