EN

18 yaşına çatmayan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalıb

Ötən il 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı məlum olub.

Bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda uşaqlar" məcmuəsində qeyd olunub.

Qeyd olunub ki, 2024-cü ildə 1 279 uşaq yetkinlik yaşına çatmayan ana tərəfindən dünyaya gətirilib. Bu say 2023-cü ildə 1 742, 2022-ci ildə isə 2 011 nəfər təşkil edib.
Chosen
75
45
7news.az

10Sources