EN

Türkiyədə sərnişin avtobusunun maneələrə çırpılması nəticəsində 3 nəfər ölüb

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Tokat bölgəsindən Tekirdağa gedən “Tokat Yıldızı” şirkətinə məxsus sərnişin avtobusu Sancaktepe rayonu Paşaköy məhəlləsində maneələrə çırpılıb. Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedici qruplar göndərilib.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadla bildirir ki, ilkin məlumata görə, 3 nəfər ölüb, 20 nəfər yaralanıb.Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Avtobus kranla hadisə yerindən qaldırıldıqdan sonra yol yenidən hərəkət üçün açılıb.

Hadisə barədə İstanbul Qubernatorluğundan açıqlama verilib. Bildirilib ki, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Qeyd edək ki, qəza ilə bağlı araşdırma başlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
87
50
icma.az

10Sources