EN

Xavi Simonsun ürəyi “Çelsi”dədir

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Leyptsiq"in yarımmüdafiəçisi Xavi Simons "Çelsi"yə keçməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin sözlərinə görə, niderlandlı futbolçu "Bavariya" və "Mançester Siti"nin marağına baxmayaraq, London klubunu seçib. "Leyptsiq" bu mövsüm avrokuboklarda iştirak etməyəcək, "Çelsi" isə Çempionlar Liqasında çıxış edəcək.

Qeyd edək ki, Almaniya klubu Simonsu 2025-ci ilin əvvəlində 50 milyon avroya alıb. Bundan əvvəl Xavi icarə əsasında "Leyptsiq"də çıxış edib. O, Bundesliqa klubunda ümumilikdə 77 oyun keçirib, 22 qol vurub və 24 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
32
sport24.az

1Sources