EN

Neymar: “Onların bizi söyməyə, təhqir etməyə tam haqqı çatır”

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Santos"un kapitanı Neymar Braziliya çempionatının 20-ci turu çərçivəsində böyük hesabla məğlub olduqları "Vasko da Qama" ilə matçdan (0:6) sonra yaşananlara görə utandığını etiraf edib. Sport24.az xəbər verir ki, ulduz futbolçu" Daily Mail"ə açıqlamasında azarkeşlərinonları təhqir etməsinə belə haqqı çatdığını bildirib:

"Mən utanıram. Performansımızdan tamamilə məyus oldum. Azarkeşlərin qəzəblənməyə haqqı var. Onların bizi söyməyə, təhqir etməyə tam haqqı çatır. Həqiqətən çox utanıram. Həyatımda heç vaxt belə bir şey hiss etməmişəm".

Neymar göz yaşlarına hakim ola bilməməsinin də səbəbini açıqlayıb:

"Göz yaşları qəzəbdən, hər şeydən idi. Təəssüf ki, mən hər şeyə kömək edə bilmirəm. Hər halda, bu, tam zibildi. Reallıq budur".

Qeyd edək ki, 33 yaşlı forvard 11 il yarımdan sonra qayıtdığı San-Paulu təmsilçisində ümumilikdə 250-ci oyununu keçirib. Neymar karyerasında ilk dəfə belə acı məğlubiyyət yaşayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
72
36
sport24.az

10Sources