Bakı.Trend:
Alyaska görüşü Rusiya rəhbərinin təcrid olunmuş şəxs olmadığıgörüntüsünü yaratmaq məqsədi daşıyırdı.
Bu barədə Trend-ə Rusiya və ABŞ Prezidentlərinin Alyaskagörüşünü şərh edərkən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzininsədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, Tramp və Putin görüşünün keçirilməsiUkrayna ilə müharibənin həllinə ümid olması ilə bağlı deyildi:
“Əslində, hər iki tərəf, xüsusilə də Rusiya tərəfi bilirdi ki,görüşdə ciddi nəticələr olmayacaq. Sadəcə Rusiya PrezidentiVladimir Putin uzun müddətdir ki, beynəlxalq aləmdən təcrid olunub.O, heç bir xarici dövlətə səfər etmir, istisna hallarda yaxındövlətlərə səfər edib. Həmçinin, Beynəlxalq Cinayət Məhkəməsi onunbarəsində həbs orderi verib. Bu proseslərin fonunda Rusiya dövlətirəhbərinin belə bir görüş keçirməsi onun təcrid olunmuş şəxsolmadığı görüntüsünü yaratmaq məqsədi daşıyırdı. Bu görüş həm dəlegitimlik görüntüsü yaratmağı hədəfləyirdi. Müharibə dövründəRusiyada həm də seçkilər keçirildi. Seçkilər zamanı da, görüşərəfəsində də Rusiya Ukrayanaya genişmiqyaslı hücumlar edirdi. Bunudünya müşahidə edirdi”.
“Bütün dünyanın əsas gündəmi olan müharibə barədə görüşkeçirilir, amma şərtlərdə heç bir dəyişiklik yoxdur. Bundan əvvəldə Rusiyanın şərtləri eyni idi. Rusiya indi də tələb edir ki,“xüsusi əməliyyat” nəticəsində ələ keçirdikləri ərazilərdə nəzarətisaxlasın. Hətta o fikirlərdən daha da irəli gedərək, Donetskin tamboşaldılması ilə bağlı tələb ortaya qoyurlar. Bu, elə bir tələbdirki, Ukrayna tərəfinin bundan imtina edəcəyini onsuz da bilirlər.Bu, o deməkdir ki, Rusiya tərəfi görüşdən ciddi nəticə gözləmirdi.Sadəcə görüşə getməmək Donald Trampı fakt qarşısında qoyacaqdı.Əslində, Rusiya tərəfinin bu tələbi danışıqlardan imtinaya bərabəridi. Ukrayna da gözlənilən kimi, imtina etdi”, - X.Bəşirovdeyib.
X.Bəşirli qeyd edib ki, növbəti görüş ABŞ-də baş tutacaq:
“Aİ burada öz mövqeyini ortaya qoymağa, münaqişəsinin həllindəkənarda qalmadığını göstərməyə çalışır. Avropa liderlərinin Ağ Evdəkeçirəcəyi görüşdə mətbauta çatdırılmayan məsələlər müzakirəolunacaq. Çünki Donald Tramp və ətrafında olan şəxslər Alyaskagörüşü ilə bağlı ciddi məlumat vermədi. Düşünürəm ki, konkretfikrin səsləndirilməməsinin səbəbi Ağ Evdə keçiriləcək görüşolacaq.
Rusiya tərəfinin bundan sonra atacağı addımlar həmin görüşdənsonra məlum olacaq. Görüşdən sonra, ehtimal ki, Putinlə dədanışıqlar olacaq. Düşünmürəm ki, burada Zelenskinin mövqeyi dahaciddi qəbul edilsin. Görüşdə əsasən Aİ rəhbərlərinin mövqeyi ciddiqəbul ediləcək. Əgər görüşdə sanksiyalar və digər mövzularla bağlıRusiyaya hər hansı güzəşt ediləcəksə, döyüş meydanında nəticəsinigörəcəyik. Amma Rusiyaya qarşı heç bir güzəşt olmayacaqsa,düşünürəm ki, müharibə daha geniş miqyas alacaq. Qarşıda soyuq qışayları gəlir, bu aylarda biz Rusiyanın daha da aktivləşdiyinin,genişmiqyaslı hücumlar etdiyinin şahidi oluruq. Hesab edirəm ki,görüşlərin nəticəsi Rusiya döyüş meydanındakı proseslərinmüqəddəratını həll edəcək”.
Politoloq Zaur Məmmədov Trend-ə açıqlamasındabildirib ki, Rusiya və ABŞ liderlərinin görüşündən sonra Moskvadaha da arxayınlaşıb:
“Mənim də təxminlərim ondan ibarət idi ki, Tramp və Putinarasında simpatiya var və onlar çoxdan bu və ya digər məsələlərdəortaq məxrəcə gəlmək üçün bəyanatlar veriblər. Trampın hakimiyyətəgəldiyi ilk aylarda da görürdük ki, Zelenskiyə təzyiqlər göstərir.Zelenskinin təzyiqlərə tab gətirməsi və öz mövqeyini ortaya qoymasıona gətirib çıxarmışdı ki, ABŞ neytral mövqe nümayiş etdirməyəbaşlamışdı”.
“İndi də mətbuatda və müxtəlif resurslarda məlumatlar gəzir.Uitkoff xətti, 4 vilayət, Rusiya və ABŞ arasındakı razılıqla bağlıməsələlər var. ABŞ-nin gələcəkdə Avropa və Ukrayna təhlükəsizliyiilə bağlı Rusiya ilə razılaşmasına dair fikirlər irəli sürülür. Songünlər Rusiya raket və dronlarının daha iri çapda Ukraynaya hücumetməsi də onu göstərir ki, bütün bunlar Zelenskinin mövqeyinə təsiretmək üçün edilir. Hər bir halda Zelenski ilə Tramp arasındakıgörüş olduqca vacibdir. Çünki bu görüşdə tərəflər bir-birinəmüharibənin gedişatı ilə bağlı öz fikrini demiş olacaq”,-Z.Məmmədov deyib.