EN

İsti geri dönür Sabahın HAVA PROQNOZU

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək. Pepperoni pizza

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Avqustun 19-da Abşeron çimərliklərində cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)isə 26-27 dərəcə isti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
50
yenisabah.az

10Sources