EN

Kursk vilayətində bir nəfər minaya düşüb

ain.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Kursk vilayətinin Sudjanski rayonunda bir nəfər minaya düşüb və xəstəxanaya yerləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn özünün Teleqram kanalında bildirib.

Xinşteyn yazır ki, partlayıcı qurğunun işə salınması nəticəsində 44 yaşlı qurbanın sol ayağı natamam travmatik amputasiyaya məruz qalıb. O, Kursk vilayət xəstəxanasına yerləşdirilib.

Vilayətin qubernatoru səlahiyyətlərini icra edən xatırladıb ki, Kursk vilayətinin bəzi yaşayış məntəqələri hələ də partlamamış hərbi sursatlarla “səpələnib”. O, əlavə edib ki, minalardan təmizlənmə işləri davam etdirilir, lakin orada hələ də təhlükəlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
55
7
operativmm.az

10Sources