EN

Boş parklanma yerlərini necə tapa bilərik? “AzParking”dən VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda sürücülərin tez-tez yol verdiyi qayda pozuntularından biri parklanma məntəqəsinə yaxınlaşarkən müşahidə olunur. 

Avtosfer.az xəbər verir ki, sürücülər boş yer olmadığı üçün gözləmə məqsədilə ikinci zolaqda dayanır və bununla da həm hərəkət iştirakçılarına maneə yaradır, həm də qaydanı pozmuş olur.

Qanunvericiliyə görə, ikinci zolaqda dayanmaq və ya saxlama qaydalarını pozmaq sürücüyə 80 manat və əlavə olaraq 2 cərimə balı ilə nəticələnir.

Bu cür halların qarşısını almaq üçün “AzParking” mobil tətbiqindən istifadə etmək faydalıdır. Tətbiq vasitəsilə sürücülər parklanma məntəqələrinin doluluq vəziyyəti ilə öncədən tanış ola və buna uyğun olaraq yolunu planlaşdıra bilərlər.

”AzParking” sizin innovativ parkinq bələdçiniz!” – şüarı ilə təqdim edilən tətbiq sürücülərin həm vaxtına, həm də cibinə qənaət etməyi hədəfləyir. 

Daha ətraflı videomatrealda:

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
50
avtosfer.az

10Sources