Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
103 yaşlı nevroloq Dr. Howvard Taker (10 iyul 1922) praktik həkim kimi fəaliyyət göstərən dünyanın ən qoca həkimi rekordu sahibidir. Uzun ömrün 4 sirrini paylaşan Takerin etməyin dediyi 3 şey var...
Qaynarinfo xəbər verir ki, Dr. Hovard Taker 10 iyul 1922-ci ildə Ohayo ştatında anadan olub. Psixiatr və həkim tələbəsi olan həyat yoldaşı ilə 66 ildir birlikdə yaşayan Takerin 4 övladı və 10 nəvəsi var. 2021-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. "National Geographic"in xəbərinə görə Taker dünyanın ən qoca praktik həkimidir və tələbələrə dərs dediyi xəstəxananın 2022-ci ildə bağlanmasından bəri yeni iş axtarır.
Taker uzunömürlülüyünü işindən və münasibətlərindən aldığı zövqə, həmçinin hər şeyi ölçülü etmək, həftədə bir neçə dəfə idmanla məşğul olmaq və siqaret çəkməmək kimi bəzi həyat tərzi seçimlərinə bağlayır. O, həmçinin genetikasının uzunmüddətli idrak (bilişsel) sağlamlığında rol oynadığını deyir.
Tədqiqatlar sağlam qidalanma, idman, kifayət qədər yuxu, müsbət münasibətlər kimi amillərin ömür uzunluğuna təsiri olduğunu göstərir. Taker isə bir podkast verilişində uzun ömrünə təsir etdiyini dediyi 4 vərdişi belə izah etmişdi:
1. Təqaüdə çıxmayın
Taker normal gününün çox hissəsini işləyərək keçirdiyini deyir. Səhər tez xəstəxanaya müayinəyə gedir, günortadan sonra ofisdə işləyir, sonra evə qayıdır. Axşam kitab oxuyur, televiziya izləyir.
Taker deyir: "Məncə, təqaüd uzun ömrün düşməni olaraq qalır". Taker yaşlandıqca dünyanın gedişatı ilə maraqlanmağın çox vacib olduğunu vurğulayır və bunun ən gözəl yolunun sevdiyiniz işi etməyi davam etdirmək olduğunu göstərir. Onun fikrincə, məqsədli könüllü fəaliyyətlər də kömək edə bilər.
2. Gənc hiss edin
Taker gənc münasibətini qoruyur və həmişə onu həyəcanlandıran planlar qurur; məsələn, Alp dağlarında piyada səyahət etmək istəyir. Özü ilə eyni yaşda olmalarına baxmayaraq, özlərini qoca hesab edən və daha tez vəfat edən dostları olduğunu deyir. "Əslində, mən əbədi yaşayacağımı düşünürəm. Bunun gerçək olmadığını bilirəm, amma ölümdən heç qorxmuram", deyə o, əlavə edir.
Onun hər iki valideyni özlərindən gənc dostlar seçiblər və o da bunu etməyi üstün tutur: "70 və 80 yaşlı yaxşı dostlarım var və onlar məni gənc saxlayırlar".
3. Aktiv qalın
Taker hər gün durub işə getməklə yanaşı, həftədə bir neçə dəfə idman edir: "Əvvəllər küçədə qaçırdım, amma indi bu mənim üçün çox çətindir, ona görə də yürüş maşınında qaçıram. Həftədə bir neçə dəfə 2-3 mil (3-5 km) qaçıram. Zaman keçdikcə idman etmək çətinləşsə də, davam edirəm".
4. Sevgi ilə dolu münasibətlər
Taker həyat yoldaşının əhəmiyyətini vurğulayır. O, həmçinin dostları ilə yanaşı geniş ailəsi olduğunu, ailəsinə qayğı göstərdiyini və bundan zövq aldığını deyir.
Taker deyir ki, hamımız gərginliyə və başqalarını mühakimə etməyə səbəb olan nifrəti tərk etməliyik, çünki nəticədə bu bizə başqalarından daha çox ziyan vurur. Taker həmçinin sevgi dolu münasibətlərin açarının səhv etdiyiniz zaman razılaşmaq və bunu qəbul etmək olduğunu deyir.
3 tövsiyyə var
Taker "National Geographic"ə verdiyi müsahibədə "Riyayət etdiyiniz və tövsiyə etdiyiniz üç sağlam vərdiş nədir?" sualına belə cavab verib:
"Fiziki və mənfi cəhətdən aktiv qalın, siqaret çəkməyin və nifrət bəsləməyin. Nifrət etdiyiniz zaman, əslində özünüzə fiziki zərər vurursunuz. Nəbz və qan təzyiqiniz yüksəlir. Bu, hər hansı bir narahatlığın yaratdığı stresslə eynidir".
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.