EN

"Roma" və "Bolonya"da oynamış futbolçu Azərbaycan klubuna keçməyə hazırlaşır

"Roma"nın sabiq futbolçusu Deyan Boldor Misli Premyer Liqasında çıxış edə bilər.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, rumın müdafiəçi "Sumqayıt"ın transfer siyahısına düşüb.

"Kimyaçılar” mərkəz müdafiəçisi ilə danışıqları davam etdirir. Macarıstanın "Györ" klubunda çıxış edən Boldorun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

Lakin 30 yaşlı futbolçunun "Sumqayıt"a transferi an məsələsidir.

Rumıniyanın U-21 yığmasının sabiq üzvü karyerası ərzində “Roma”, “Peskara”, “Bolonya”, “Verona”, “Monreal İmpakt”, “Partizani”, “Foggia”, “Argeş Piteşti” kimi klublarda çıxış edib.

İdman.biz

Chosen
37
50
idman.biz

10Sources