EN

Nəsrin Cavadzadə bu məşhur azərbaycanlı alimin nəvəsidir

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aktrisa Nəsrin Cavadzadə ilə bağlı maraqlı fakt ortaya çıxıb. 

BAKU.WS xəbər verir ki, o tanınmış uroloq, alim Mirməmməd Cavadzadənin nəvəsi olub.

Mirməmməd Cavadzadə Lənkəran rayonunda doğulub. O SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub. O, həm də Azərbaycanda uroloji məktəbin yaradıcısı idi.

Mirməmməd Cavadzadə 2008-ci il avqust ayında vəfat edib. O I Fəxri Xiyabanda dəfn olunub.  Nəsrin 1982-ci il iyulun 30-da Bakıda doğulub. Aktrisanın əsl adı Nəzrin olub. O 11 yaşı olanda ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Hazırda Nəsrinin anası Fəridə Cavadzadə Türkiyədə həkim kimi fəaliyyət göstərir.

Aktrisa Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb.

2007-ci ildə "Yersiz Yurdsuz" adlı serialında oynayıb. "Getmək: Mənim Marlon və Brandom" və "Dilbərin Səkkiz Günü" adlı filmlərində çəkilib.

Daha sonra "Kiçik Ağa" adlı serialında rol alıb.

2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının "Ən yaxşı qadın aktrisa" mükafatına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
32
baku.ws

10Sources