EN

SON DƏQİQƏ! Krım körpüsünü partlatmaq cəhdinin qarşısı belə alındı – ANBAAN VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanan terror aktının qarşısını alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin (İƏM) məlumatında qeyd olunub.
 

Məlumata görə, Krım körpüsündə partlayış üçün nəzərdə tutulmuş Chevrolet Volt markalı avtomobildə güclü partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib, həmçinin onun Rusiyaya gətirilməsində iştirak edən şəxslər saxlanılıb.


“FTX tərəfindən Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsündə partlayış törətmək üçün partlayıcı ilə doldurulmuş avtomobildən istifadə cəhdi ifşa edilib və qarşısı alınıb”, – deyə qurum bəyan edib.

Məlumata əsasən, avtomobil Ukraynadan bir neçə ölkə üzərindən tranzitlə gətirilərək Rusiyaya daxil olub.

Nəqliyyat vasitəsi Şimali Osetiyada yerləşən “Yuxarı Lars” beynəlxalq sərhəd-keçid məntəqəsindən Rusiya–Gürcüstan sərhədini keçib. Avtomobil xüsusi daşıyıcı ilə Krasnodar diyarına çatdırılmalı, daha sonra başqa bir sürücüyə təhvil verilməli idi. Həmin şəxs isə plan üzrə Krıma gedərək körpüdən keçməli və xəbərsiz şəkildə “kamikadze”yə çevrilməliydi.

FTX bildirib ki, bu, 2025-ci ildə Ukrayna xüsusi xidmətlərinin partlayıcı ilə doldurulmuş avtomobildən istifadə etməklə Krım körpüsündə diversiya həyata keçirmək üçün göstərdiyi ikinci cəhddir. 
 

Xatırladaq ki, 2 aprel tarixində Belarus qüvvələri Brest gömrük məntəqəsində 500 kiloqramdan artıq sintetik partlayıcı daşıyan mikroavtobusu saxlamışdı. Onun da Krım körpüsündə oxşar hücum üçün nəzərdə tutulduğu müəyyən edilmişdi.


Hadisə ilə bağlı cinayət işi açılıb. FTX vurğulayıb ki, təşkilatçılar və bütün günahkarlar layiqli və sərt cəza ilə üzləşəcəklər.


Bizim.Media

Chosen
54
7
bizim.media

10Sources