EN

İcra başçısı onlara vəzifə verdi (SİYAHI)

2023-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başçısı dəyişəndən bəri ilk dəfə yeni kadr təyinatları olub.

İqtisadiyyat.az xəbər verir ki, icra başçısı Firdovsi Əliyev bununla bağlı əmrlər imzalayıb.

Belə ki, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Vüsal Mehdiyev vəzifəsindən azad edilib. O, həmin şöbəyə müdir müavini təyin olunub. Şöbəyə aparıcı məsləhətçi vəzifəsinə isə Emil Məmmədov təyinat alıb.

Bundan əlavə, Ağaəli Həsənov İctimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin Baş məsləhətçisi vəzifəsinə, Əhməd Cəminski Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin Baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev isə 2023-cü ilin oktyabrın 25-də bu vəzifəyə təyin olunub. O, bu təyinatdan əvvəl isə ekologiya və təbii sərvətlər nazirinin müşaviri, daha əvvəl isə müavini vəzifəsində işləyib.

 

Chosen
19
16
milliyol.az

10Sources