EN

Hər an yeni müharibə başlaya bilər - Xameneinin baş hərbi müşaviri

BAKI, TurkicWorld, Nərmin Ağayeva

İsraillə hər an yeni müharibə başlaya bilər.

TurkicWorld xəbər verir ki, İran lideri Əli Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi universitet tələbələri qarşısında çıxış edərkən İsraillə İran arasında hər an yeni müharibənin başlaya biləcəyini bildirib. Səfəvi “Bizimlə İsrail və ABŞ arasında heç bir protokol yoxdur. Atəşkəs yoxdur. Hər an yeni müharibə başlaya bilər. Biz güclü və hazır olmalıyıq” - deyə bildirib.

İranın xarici işlər naziri Abbas Erakçi isə müharibənin tezliklə baş verəcəyinə inanmadığını bildirib. O, silahlı qüvvələrin və hökumətin hər hansı gözlənilməz vəziyyətə tam hazır olmasının müharibənin qarşısının alınmasında əhəmiyyətli rol oynadığını qeyd edib.

Xatırladaq ki, münaqişə İsrailin iyunun 13-də İranın nüvə obyektlərinə hücumları ilə başlamışdı. Hücumlar nəticəsində Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusu komandiri, bir neçə yüksək səviyyəli komandir və 9 nüvə alimi həlak olmuşdu. ABŞ isə iyunun 22-də Natanz, Fordo və İsfahandakı obyektlərə hücum edib. İran iyunun 23-də Qətərdəki Əl-Udeyd aviabazasına hücumla cavab verib, daha sonra iyunun 24-də ABŞ prezidentinin vasitəçiliyi ilə atəşkəs elan edilib.

Chosen
98
17
turkic.world

10Sources