EN

İran həmişə Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının təsdiqlənməsinə dəstəyini ifadə edib

Bakı. Trend:

İran həmişə Azərbaycan və Ermənistan arasında sülhrazılaşmasının təsdiqlənməsinə dəstəyini ifadə edib.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında birgəbəyanat iki ölkə hakimiyyətinin qərarıdır və bu istiqamətdəəhəmiyyətə sahibdir. Bu razılaşma Cənubi Qafqazda davamlı sülh vəsabitliyə şərait yaradacaq.

Bəqai bildirib ki, İran prezidentinin Ermənistana səfəri vəAzərbaycan və Ermənistan arasındakı razılaşma iki fərqli məsələdir.İran prezidentinin səfəri bir müddət öncədən planlaşdırılıb vəqonşu ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində baştutur. İran prezidenti bu gün Ermənistana və oradan Belarusa səfəredəcək.

“Ermənistanın cənubundan Azərbaycanla Naxçıvan MuxtarRespublikası arasında keçid yolunun yaradılması xüsusi önəməmalikdir. İran regionda kommunikasiya yollarının blokadadançıxarılmasını dəstəkləməklə yanaşı kommunikasiya yollarınıntanınmış beynəlxalq sərhədlərin qorunması, ölkələrin ərazibütövlüyünə hörmətlə yanaşılması və bölgədə geosiyasidəyişikliklərin olmaması ilə həyata keçirilməsinin vacibliyini qeydedir.

Əcnəbi qüvvələrin regiondakı iştirakını İran faydalı hesab etmirvə öz nigaranlığını irəli sürülb. İran əmin edilib ki, regionda hərhansı çərçivədə heç bir əcnəbi qüvvə yerləşməyəcək. Azərbaycan vəErmənistan arasında sülh razılaşmasının önəmli müddəalarından biriiki ölkə sərhədləri boyunca istənilən əcnəbi qüvvələrinyerləşdirilməməsidir. İran prosesləri diqqətlə izləyir və hər ikiölkə ilə yaxın təmasdadır”, - deyə o bildirib.

Chosen
41
50
az.trend.az

10Sources