EN

Avstraliya israilli deputatı ölkəyə buraxmadı

Avstraliya İsrail Baş naziri Benyamin Netanyahunun koalisiya hökumətində yer alan ifrat sağçı “Dini Sionizm” partiyasının millət vəkili Simça Rothmanın ölkəyə girişinə icazə verməyib.

"Cebheinfo.az" xəbər verir ki, Netanyahunun koalisiyasındakı ifrat sağçı deputat Rothman, Avstraliyada keçirilən “həmrəylik turu” çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etməyi planlaşdırırdı.

Lakin hadisələr Rothmanın gözlədiyi kimi getməyib. O, ölkəyə buraxılmayıb.

Avstraliyanın Daxili İşlər naziri Toni Berk, israilli siyasətçinin viza müraciətinin rədd edildiyini təsdiqləyib və Rothmanın üç il müddətinə viza müraciəti etməkdən məhrum edildiyini açıqlayıb.

“The Guardian” qəzetinin xəbərinə görə, Berk belə deyib:
“Hökumətimiz nifrət mesajları yaymağa çalışanlara qarşı sərt mövqe sərgiləyir. Əgər Avstraliyaya kin və nifrət mesajları yaymaq üçün gəlirsinizsə, sizi burada istəmirik. Bizim idarəmiz altında Avstraliya elə bir ölkə olacaq ki, burada hər kəs özünü təhlükəsiz hiss edə biləcək”.

Sidney və Melburnda keçiriləcək tədbirlərdə iştirak edə bilməyən Rothman, may ayında Böyük Britaniyada yayımlanan “Channel 4” telekanalına verdiyi müsahibədə belə demişdi:

“Onlar bizim düşmənimizdir. Müharibə vaxtı qaçqınlarla bağlı beynəlxalq anlaşmalara görə, ölkəmizi qaçqınlar vasitəsilə ələ keçirmələrinə icazə verə bilmərik”.

Chosen
7
9
cebheinfo.az

10Sources