EN

ABŞ və Aİ nin mövqeləri yenə toqquşur

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Seattle Times” nəşrinin yazdığına görə, söhbət 1978-ci ildə İsrailin antiterror əməliyyatından sonra İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasına nəzarət üçün yaradılmış UNIFIL sülhməramlı missiyasından gedir. Missiyanın mandatı 2006-cı ildə İsrail və Livan “Hizbullah”ı arasında baş vermiş müharibədən sonra genişləndirilib. Missiyanın müddəti avqustun sonunda başa çatır və onun uzadılması üçün BMT Təhlükəsizlik Şurasının qərarını tələb olunacaq. “Vaşinqton bu əməliyyatı pul itkisi kimi qiymətləndirir ki, bu da yalnız “Hizbullah”ın təsirini aradan qaldırmaq və Livanın təhlükəsizliyinə tam nəzarəti bərpa etmək məqsədini yubadır. Birləşmiş Ştatlar artıq sülhməramlı qüvvələrə ayrılan maliyyənin əhəmiyyətli dərəcədə azalmasına nail olub”, - qəzet vurğulayır. Nəşrin mənbələri qeyd edir ki, ABŞ -nin Dövlət katibi Marko Rubio keçən həftənin əvvəlində UNIFIL qüvvələrinin altı ay ərzində ləğv edilməsi planını təsdiqləyib. Lakin hakimiyyət boşluğundan “Hizbullah”ın tez bir zamanda istifadə oluna biləcəyindən ehtiyatlanan Avropa İttifaqı (Aİ) UNIFIL sülhməramlı missiyasının dayandırılmasına qarşı çıxır. Brüssel UNIFIL-ın mandatının daha bir il uzadılmasını təmin edə bilib. - Hazırda əsas məsələ missiyanın uzadılmasından sonra onun yekunlaşdırılması üçün Aİ ölkələrinin konkret tarix müəyyənləşdirməkdən imtina etməsidir. Bu isə Vaşinqtonda narazılıq yaradır”, - nəşrin mənbələri iddia edirlər. Bundan əvvəl Livanın İnformasiya naziri Pol Morkos bildirib ki, rəsmi Beyrut ABŞ-nin “Hizbullah”ın tərksilahına, İsrailin hücumlarına son qoyulmasına və onun Livan ərazisindən çıxmasına səbəb olacaq razılaşmanın irəli sürülməsi təklifini dəstəkləyir. Onun sözlərinə görə, Livan hökuməti silah üzərində dövlət inhisarını təsdiqləyib və ordunu ölkənin cənubuna göndərmək qərarına gəlib, lakin bu qərarın icrası üçün vaxt və plan hələ müəyyən edilməyib. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
22
azvision.az

10Sources