EN

İran həmişə Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının təsdiqlənməsinə dəstəyini ifadə edib

Bakı. TurkicWorld

İran həmişə Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının təsdiqlənməsinə dəstəyini ifadə edib.

TurkicWorld-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında birgə bəyanat iki ölkə hakimiyyətinin qərarıdır və bu istiqamətdə əhəmiyyətə sahibdir. Bu razılaşma Cənubi Qafqazda davamlı sülh və sabitliyə şərait yaradacaq.

Bəqai bildirib ki, İran prezidentinin Ermənistana səfəri və Azərbaycan və Ermənistan arasındakı razılaşma iki fərqli məsələdir. İran prezidentinin səfəri bir müddət öncədən planlaşdırılıb və qonşu ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində baş tutur. İran prezidenti bu gün Ermənistana və oradan Belarusa səfər edəcək.

"Ermənistanın cənubundan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında keçid yolunun yaradılması xüsusi önəmə malikdir. İran regionda kommunikasiya yollarının blokadadan çıxarılmasını dəstəkləməklə yanaşı kommunikasiya yollarının tanınmış beynəlxalq sərhədlərin qorunması, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması və bölgədə geosiyasi dəyişikliklərin olmaması ilə həyata keçirilməsinin vacibliyini qeyd edir.

Əcnəbi qüvvələrin regiondakı iştirakını İran faydalı hesab etmir və öz nigaranlığını irəli sürülb. İran əmin edilib ki, regionda hər hansı çərçivədə heç bir əcnəbi qüvvə yerləşməyəcək. Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının önəmli müddəalarından biri iki ölkə sərhədləri boyunca istənilən əcnəbi qüvvələrin yerləşdirilməməsidir. İran prosesləri diqqətlə izləyir və hər iki ölkə ilə yaxın təmasdadır", - deyə o bildirib.

Chosen
64
50
turkic.world

10Sources