EN

Emal sənayesində istehsal 3,4%, qeyri-neft emalı isə 4,2% artdı

Finss.az - Azərbaycanda emal sənayesində artım qeydə alındı

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda emal sənayesində 11 milyard 727,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsal həcmi 3,4 faiz artıb. Qeyri-neft emal sənayesi üzrə artım isə 4,2 faiz təşkil edib.

Mütəxəssislər hesab edirlər ki, qeyri-neft emal sənayesində müşahidə olunan artım ölkə iqtisadiyyatının şaxələndirilməsi və sənaye sektorunun davamlı inkişafı baxımından mühüm göstəricidir.

Əlavə  bax: Mərkəzi Bankın 18 avqust tarixli rəsmi məzənnələri açıqlandı

Chosen
20
6
fins.az

10Sources