Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində baş verib.
Qəza zamanı “Mercedes” və “VAZ-2107” markalı iki avtomobil toqquşub. Nəticədə Salyanın Şəkərli kənd sakini, 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində ölüb.
Digər iki sərnişin – 1962-ci il təvəllüdlü Şahlar Bolşevik oğlu Rzayev və 1982-ci il təvəllüdlü Sevinc Əlhüseyn qızı Qasımova müxtəlif dərəcəli xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma davam edir.
Sabutay, Bizim.Media, Cənub bürosu