Bakı. Trend:
Bu ilin iyul ayında Bakının bütün rayonlarında torpaqsahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədəartıb.
Bu barədə Trend-ə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsiSəbail rayonunda qeydə alınıb. Belə ki, sözügedən rayonda bir sottorpağın orta qiyməti 431 743 manat təşkil edib ki, bu da ötən ilineyni ayındakı göstərici ilə müqayisədə 29% çoxdur.
Paytaxtın Yasamal rayonunda da torpaq bazarında yüksək artımmüşahidə olunub. Bu rayonda iyulda torpağın orta qiyməti 206 620manata bərabər olub (illik müqayisədə 26% çox).
Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksəkgöstəricilərlə seçilib. Nərimanovda orta qiymət 302 671 manat (+14% ), Nəsimidə isə 298 028 manat (+ 21% ) təşkil edib.
Ötən ay bir sot torpağın orta qiyməti Xətai rayonunda 237 321manat (+ 12%), Nizami rayonunda 65 233 manat (+ 19%), Binəqədirayonunda 55 830 manat (+ 14%), Sabunçu rayonunda 47 191 manat (+10,8%), Xəzər rayonunda 26 570 manat (+ 12%), Suraxanı rayonunda 25970 manat (+ 10%), Qaradağ rayonunda 15 213 manat (+ 7%), Pirallahırayonunda isə 9 266 manat (+ 8%) olub.
Beləliklə, rəqəmlərdən də göründüyü kimi 2025-ci ilin iyulayında Bakının bütün rayonlarında torpaq qiymətləri artıb.
Ümumilikdə, Bakıda torpaq bazarı son bir ildə davamlı qiymətyüksəlişi göstərib, xüsusilə mərkəzi və prestijli rayonlarda dahaintensiv artım baş verib.
BAKI ŞƏHƏRİNİN RAYONLARI ÜZRƏ TORPAQ SAHƏSİQİYMƏTLƏRİNİN ÇƏKİLİ ORTA İLƏ DƏYİŞİLMƏSİ TRENDLƏRİNƏ DAİRCƏDVƏL
Rayonlar | Torpaq sahəsi 2024-cü il iyul ayı üzrə ortaqiyməti | Torpaq sahəsi 2025-ci il iyul ayı üzrə ortaqiyməti | Torpaq sahəsi 2024 İyul 2025 İyul Artımfaizi |
Nizami rayonu | 54915,0 | 65233,9 | 19% |
Binəqədi rayonu | 48858,6 | 55830,5 | 14% |
Yasamal rayonu | 164502,2 | 206620,4 | 26% |
Xətai rayonu | 211124,9 | 237321,9 | 12% |
Suraxanı rayonu | 23567,8 | 25970,6 | 10% |
Səbail rayonu | 335251,8 | 431743,5 | 29% |
Sabunçu rayonu | 42577,2 | 47191,5 | 10,8% |
Qaradağ rayonu | 14201,7 | 15213,8 | 7% |
Pirallahı rayonu | 8574,9 | 9266,3 | 8% |
Nəsimi rayonu | 247309,5 | 298028,6 | 21% |
Nərimanov rayonu | 266407,3 | 302671,5 | 14% |
Xəzər rayonu | 23763,8 | 26570,2 | 12% |