EN

2 illik müqavilə imzalandı

"Turan Tovuz" yeni transfer həyata keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi Enrike Silvailə 2 illik müqavilə imzalanıb.

Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan 31 yaşlı braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib.

Tam adı Enrike Silva Milaqres olan futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.

"Turan Tovuz"a azad agent kimi keçib. Silva ötən mövsüm 5 oyunda meydana çıxıb (ümumən 354 dəqiqə).

Chosen
45
50
sportinfo.az

10Sources