EN

Ağstafada yük maşını yoldan çıxaraq aşdı - Xəsarət alan var

AĞSTAFA, 18 avqust. TELEQRAF

Ağstafa rayonunda "Mercedes" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək yol qəzasına səbəb olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.

Yük avtomobilləri dəmir məhəccərləri sındırıb və yol kənarına çıxıb.

Hadisə nəticəsində sürücü xəsarət alaraq yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Chosen
318
37
teleqraf.com

10Sources