EN

İşğaldan azad olmuş ərazilərdə - Füzuli, Laçın, Xocalıda uşaq yazıçısı Gülzar İbrahimova ilə görüşər keçirilib


"Kiçik Dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin yeni layihəsi – Layihə planlaşdırıldığı kimi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, (13-17 iyul 2025-ci il) uğurla həyata keçdi. Layihənin rəhbəri və icraçısı uşaq yazıçısı, H.Zərdabi mükafatçısı, AYB-nin Prezident təqaüdçüsü Gülzar İbrahimova idi. Uşaqlarla görüşlərin keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş bölgələrdə uşaqların yay tətili zamanı vaxtlarının maraqlı, əyləncəli, səmərəli keçirilməsi vasitəsi ilə maarifləndirilməsi, zehni və dünya görüşünün artırılması, həmçinin həssas bölgələrə köçmüş uşaqların diqqətdən kənarda qalmaması olub. Hər üç rayonda - Füzuli, Laçın və Xocalıda – layihə uğurla həyata keçdi, tədbirlər yüksək səviyyədə baş tutdu. Füzuli və Xocalı rayonları üzrə təşkilati işləri Qarabağ Regional Mədəniyyət İdarəsi öhdəsinə götürüb həyata keçirdi. Birinci görüş iyulun 14-də Füzuli şəhərində Heydər Əliyev Mərkəzində keçirildi. Tədbir iştirakçıları Füzuli rayon Heydər Əliyev Mərkəzinin, Rayon Mədəniyyət evinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, və Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin fəalları idi. "Füzulili balalar ilə Gülzar nənənin yay nağılları" adlı altında keçirilən tədbir uşaqların sevincinə səbəb oldu. Tədbirin aparıcısı Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şəhanə Kərimova idi. O, Fizulililəradından qonağı salamladı, ona vətənpərvər, gözəl əsərlərinə görə minnətdarlıq bildirdi. "Qarabağ Fidanları" rəqs qurupu Gülzar İbrahimovanın "Gizlənpaç" mahnısına gözəl qəqs etdilər. "Birlik" uşaq xoru Gülzar İbrahimovanın sözlərinə yazılmış və musiqisini Elşən Nicat bəstələdiyi "Ana dilim" və "sağ ol, Ey Vətən", mahnısını ifa etdilər. Şagirdlər keçirilən müsabiqələrdə fəallıq göstərib diplom və hədiyyələr qazandılar.

Chosen
14
5
baki-xeber.com

10Sources