EN

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 600 nəfəri ötüb

Pakistanda musson yağışları səbəbindən 650 nəfər həlak olub, 900-dən çox insan xəsarət alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Pakistan mediası ölkənin Fövqəladə Hallar İdarəsinə istinadən məlumat yayıb.
 
Ən çox itki Xayber-Paxtunxva əyalətində qeydə alınıb - 392 ölü və 245 yaralı.
 
30 minə yaxın insan təxliyə edilərək müvəqqəti sığınacaqlarda yerləşdirilib.
 
Bundan başqa, təxminən 2,5 min bina zədələnib, heyvandarlıq və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Chosen
73
20
moderator.az

10Sources