EN

Bu liqada çıxış edən klublar üçün SON MƏLUMAT

II Liqada yeni mövsümün püşkatma vaxtı müəyyənləşib.

Peşəkar Futbol Liqası (PFL) bununla bağlı klubları məlumatlandırıb.

PFL-dən bildirilib ki. püşk avqustun 20-də atılacaq.

Təşkilatçı qurum iştirakçı komandaların rəhbər şəxslərini həmin gün yeni ofisinə dəvət edib. Tədbir saat 15:30-da başlayacaq.

Bilin ki, Peşəkar Futbol Liqası yarışmaçılara dəstək olacaq. Klubların maddi-texniki bazasına dəstək məqsədilə PFL onlara 2025–2026-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.

Yeni mövsümdə II Liqa təmsilçiləri “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.

Aşağı liqa mənsubları başqa bir xəbərə də sevinə bilər. AFFA çempionatın iştirakçılarına ayrılan maliyyə yardımını artırıb.

Yenilik növbəti mövsümdən etibarən tətbiq olunacaq.

Bilindiyi kimi, II Liqa 2 ildir keçirilir. Ötən müddətdə komandalara 5000 manat aylıq ödənilib.

Bundan sonra isə onlar 1500-2000 manat civarında əlavə dotasiya alacaq.

İlk iki mövsümdən fərqli olaraq, qarşıdakı yarışda 14 deyil, 12 kollektiv öz qüvvəsini sınayacaq.

İştirakçı sayında azalma maliyyə məsələləri ilə əlaqədardır. Belə ki, liqaya qatılan rayon təmsilçilərindən bir neçəsində maddi problemlər mövcuddur.

SPORTİNFO.AZ

Chosen
27
7
sportinfo.az

6Sources