EN

Rusiyanın SOCAR-ın neft bazasına hücumuna Zelenskidən SƏRT CAVAB

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın son hücumlarını şərh edib.

Bizim.Media xəbər verir ki, Ukrayna lideri bu barədə “Telegram” kanalında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna KİV: “Rusiya SOCAR-ın yanacaqdoldurma məntəqəsini PUA ilə VURUB” – VİDEO


Zelenski qeyd edib ki, Moskva bu gün Vaşinqtonda müharibəni dayandırmaq üçün görüş keçiriləcəyini yaxşı bilir:

“ABŞ Prezidenti Donald Trampla əsas məsələləri müzakirə edəcəyik. Söhbətə Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya, həmçinin Aİ və NATO liderləri də qoşulacaq. Hamı ədalətli sülh və real təhlükəsizlik istəyir. Məhz belə bir məqamda ruslar Xarkova, Zaporojyeyə, Sum vilayətinə, Odessaya, yaşayış binalarına, mülki infrastrukturumuza zərbələr endirirlər”, – Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Xarkovda dron hücumu nəticəsində azı yeddi nəfər həlak olub, onlardan ən kiçiyi – 1,5 yaşlı qız uşağıdır. Aralarında uşaqlarda olmaqla onlarla insan isə yaralanıb.

Zaporojyedə raket zərbələri nəticəsində üç nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı açıqlanıb. Zelenski həlak olanların yaxınlarına başsağlığı verib.

Onun sözlərinə görə, Odessada azərbaycanlı şirkətə (SOCAR - red.) məxsus enerji obyektinə də bilərəkdən zərbə endirilib: 

“Bu, həm münasibətlərimizə, həm də enerji müstəqilliyimizə qarşı hücumdur”.

Zelenski qeyd edib ki, Rusiya müharibəni davam etdirərək insanların həyatını məhv edir: 

“Putin nümayişkaranə şəkildə insanları qətlə yetirir. O, Ukraynaya, Avropaya təzyiq göstərmək və diplomatik səyləri alçaltmaq üçün bunu edir. Məhz buna görə də biz qətliamların dayandırılması üçün kömək gözləyirik. Etibarlı təhlükəsizlik zəmanətləri vacibdir. Rusiya bu müharibəyə görə heç bir mükafat almamalıdır. Müharibə bitməlidir. ‘Dayan’ sözünü eşitməli olan Moskva olmalıdır”.

Qeyd edək ki, avqustun 17-dən 18-nə keçən gecə Rusiya pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycanın SOCAR neft şirkətinə məxsus Odessadakı neft bazasını hədəf alıb. 

Bizim.Media

Chosen
91
43
bizim.media

10Sources