EN

Odessa Vilayət Administrasiyasının rəhbəri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqləyib

Rusiyanın hücumçu PUA-ları yenidən Odessanı hədəfə alıb. SİA xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper öz Telqram kanalında bilridib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb.

Oleq Kiper bildirib ki, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın olub.

Qeyd edək ki, ötən gecə Rusiya Silahlı Qüvvələri PUA-larla SOCAR-ın Odessadakı yanacaqdoldurma məntəqəsini vurub.

Zərəbələr nəticəsində yanğın baş verib.

Chosen
25
9
sia.az

10Sources