EN

Buğda idxalının artması çörəyin qiymətinə necə təsir göstərəcək? – VACİB AÇIQLAMA

“Buğda idxalının artması çörəyin qiymətinə uzunmüddətli perspektivdə təsir göstərə bilər. Bu təsiri bir neçə istiqamətdə izah etmək mümkündür. Dünya bazarında buğda qiymətləri iqlim dəyişiklikləri, müharibələr (məsələn, Rusiya–Ukrayna müharibəsi), logistika problemləri və qlobal tələbin artması səbəbindən tez-tez dəyişir. İdxaldan asılılıq artdıqca çörəyin qiyməti də həmin dalğalanmalara həssas olur”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:

Novruz

“İdxal dollar və ya digər valyutalarla həyata keçirilir. Manatın məzənnəsində dəyişiklik olarsa, buğdanın maya dəyəri artır və bu, çörəyin qiymətinə ötürülür.

Əgər yerli istehsal zəif qalırsa, idxal bu boşluğu doldurur, amma uzunmüddətli perspektivdə bu, fermerlərin marağını azaldır. Bu da yerli istehsalın azalmasına, idxaldan asılılığın daha da güclənməsinə gətirib çıxarır və qiymət sabitliyi risk altına düşür.

Hazırda dövlət un və çörək bazarını subsidiyalar, güzəştli kreditlər, ehtiyat buğda fondu vasitəsilə tənzimləyir. Amma subsidiyalar azalarsa və ya idxal qiymətləri uzun müddət yüksək qalarsa, çörəyin qiymətinin qalxması qaçılmaz olar”.

Ekspert qeyd edir ki, uzunmüddətli dövrdə buğda idxalının artması çörəyin qiymətini daha çox xarici amillərə bağlı edir.

“Azərbaycan üzrə son illərdə (əsasən 2023–2024) buğda idxalı və çörək qiymətləri haqda statistikaya nəzər yetirək görərik ki, 2024-cü ildə, Azərbaycan təxminən 1 292 000 ton buğda idxal edib, bu da 2023-cü illə müqayisədə 9.9% artım deməkdir.

İdxal üzrə xərclər 279.6 milyon ABŞ dolları təşkil edib və bu, öncəki 2023-cü ilə nisbətən 8-7.9% azadır.

Lakin yalnız 2025-ci ilin yanvar ay ərzində 86 654 ton buğda idxal olunub. Bu da miqdar baxımından 23.5%, qiymət baxımından isə 14.8% artım deməkdir .

2024-cü ildə idxalın böyük bir hissəsi Rusiya (90.2%), həmçinin Qazaxıstandan olub”.

A.Nəsirli əlavə edib ki, yerli istehsal (özünü təminetmə) səviyyəsi təxminən 58%-ə yüksəlib ki, bu da əvvəlki dövrlə (30%) müqayisədə xeyli irəliləyiş deməkdir.

Buğda idxalı həcmində artım müşahidə olunur, lakin idxal xərcləri düşüb. Bu, qiymət sabitliyi baxımından müsbət siqnaldır, ancaq idxaldan asılılıq hələ də yüksəkdir.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
11
9
konkret.az

10Sources