EN

Canlı yayımda hamilə aparıcının uşağı düşdü - FOTO

Hamilə aparıcının övladı tələf olub.

Milli.Az xəbər verir ki, bu barədə aparıcının özü məlumat yayıb. Britaniyalı teleulduz Zoi Uilyams canlı yayım zamanı körpəsini itirdiyini açıqlayıb.

Uilyams bildirib ki, hadisə proqramın canlı efirində, özü isə daimi ekspert olduğu "This Morning"də baş verib. "Mən bu divanda oturmuşdum və qan itirirdim", - deyə teleulduz xatırlayıb.

O əlavə edib ki, bu onun ikinci hadisəsi olub və hər iki hal erkən dövrdə baş verib.

Zoi Uilyams həkimdir və "This Morning" proqramının daimi eksperti kimi çıxış edir. O, həmçinin "Gladiators" şousunda iştirak etmişdi. Ulduz hazırda personal üzrə məsləhətçi Styuart Makkeylə münasibətdədir və cütlüyün bir oğlu var.

Chosen
1
18
bakuinfo.net

10Sources