EN

Türkiyə sahillərində ən azı dörd miqrant boğulub

Türkiyənin Egey dənizindəki sahillərində miqrantları daşıyan rezin qayıq batıb, nəticədə ən azı 4 nəfər həlak olub.

Bu barədə "Report" Türkiyə mediasına istinadən məlumat verir.

"Hadisə Karaburun rayonu sahillərində baş verib. Polis əməkdaşları iki miqrantı xilas edib və dörd cəsəd aşkar ediblər", - sahil mühafizəsi komandanlığının bəyanatında deyilir.

Digər itkin düşənlərin axtarışları helikopter, pilotsuz uçuş aparatı, beş qayıq və daha böyük bir gəmi vasitəsilə davam edir.

Gəmidə neçə miqrantın olduğu və onların hansı millətə mənsub olduğu hələlik məlum deyil.

Xatırladaq ki, bir çox miqrantlar Türkiyə sahilləri ilə yaxınlıqdakı Samos, Rodos və Lesbos kimi Yunanıstan adaları arasındakı qısa, lakin təhlükəli yolu seçirlər ki, bu adalar Avropa İttifaqına giriş məntəqələri kimi xidmət edir.

Chosen
8
35
report.az

10Sources