“Livan Smurf” mikroavtomobili yaxın gələcəkdə Çin bazarında təqdim olunacaq. Bu barədə Oxuməni.az “Carnewschina.com” portalına istinadla xəbər verir.
Avtomobilin uzunluğu 3100 mm, eni 1558 mm, hündürlüyü 1610 mm-dir. Təkər bazası 2015 mm-dir. Model yalnız dörd nəfəri qəbul edə bilər. Boş çəkisi 815 kq-dır. Ölçülərinə görə model Rusiyanın istehsal etdiyi “Oka” avtomobilinə bənzəyir.
Alıcının seçimi üçün daxildə üç rəng variantı təklif olunur: "Sakura Çəhrayı", "Qala Boz" və "Meşə Yaşıl".Salonda ikimilli sükan, fırlanan ötürmə seçicisi və məlumat-əyləncə sisteminin “üzən” mərkəzi ekranı var.
Avtomobil “Zhejiang Aosweier Electric Technology Co” şirkətinin istehsalı olan 41 at güclü TZ160X30C elektrik mühərriki alacaq. Avtomobilin maksimal sürəti 100 km/saatdır. Akkumulyatorun tutumu 17 kVt/saat, hərəkət məsafəsi 200 km-dir.
Almaz Həsənli