EN

Ronaldo Corcinanı hədiyyə yağışına tutub

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Dünya futbolunun ulduzu Kristiano Ronaldo evlilik təklifi etdiyi Corcina Rodriguezi gözlənilən toy ərəfəsində hədiyyə yağışına tutub.

Axşam.az xəbər verir ki, futbolçu sevgilisi üçün dəbdəbəli hədiyyələrə inanılmaz məbləğdə pul xərcləyib.

Hər şey bir neçə milyon dollar dəyərində qiymətləndirilən nişan üzüyü ilə başlayıb. Bununla belə, Ronaldo bununla da kifayətlənməyib.

İnsayderlərin sözlərinə görə, hədiyyələr siyahısına "Porsche Taycan", bir neçə yüz min dollar dəyərində lüks elektrik avtomobil, "Audemars Piguet" və "Patek Philippe" saatları, "Dior" və "Louis Vuitton" çantaları və lüks əşyalardan ibarət yeni qarderob daxildir.

Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: Alana Martina və əkiz qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi 13 yaşlı Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.

Corcina və Ronaldo 2016-cı ildən münasibətdədirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
7
axsam.az

10Sources