EN

Bu həftə bitməmiş CEKPOT UDACAQ BÜRCLƏR – Möhtəşəm olacaq!

Yeni həftə bürclərə fərqli fürsətlər və dəyişikliklər gətirir. 18–24 avqust tarixləri arasında bəzi bürclər həyatlarının müxtəlif sahələrində xüsusi uğur və şansla qarşılaşacaq.
Bəs bu həftə kimin yoluna işıq düşəcək?

Bizim.Media həftənin ən şanslı bürclərini təqdim edir:

Qız (23 avqust – 22 sentyabr)

Həftə boyu Qız bürcünü həm iş, həm də şəxsi həyatda uğurlar gözləyir. Xüsusilə yeni başlanğıclar və maliyyə sahəsində irəliləyişlər mümkündür. İntuisiyasına güvənən Qızlar doğru addımlar atacaq.

Əqrəb (23 oktyabr – 21 noyabr)

Əqrəblər üçün bu həftə sürprizlərlə doludur. Uzun müddətdir gözlədikləri bir xəbər və ya fürsət qarşılarına çıxa bilər. Münasibətlərdə pozitiv dönüşlər mümkündür.

Oğlaq (22 dekabr – 19 yanvar)

Karyera və maliyyə baxımından yüksəliş Oğlaqları gözləyir. Onların səbr və əzmi bu həftə nəticəsini verəcək. İş həyatında yeni qapılar açılacaq.

Qoç (21 mart – 19 aprel)

Qoç bürcünün enerjisi artacaq. Yeni tanışlıqlar, dostluqlar və motivasiya verən imkanlar ön plana çıxır. Həmçinin, şəxsi münasibətlərdə sevindirici anlar mümkündür.

Şir (23 iyul – 22 avqust)

Şirlər üçün parlaq həftə başlayır. Qəbul edilən qərarlar uzunmüddətli uğur gətirə bilər. Yaradıcılıq və sosial həyatda yüksəliş diqqət çəkəcək. (Musavat.com)

Bizim.Media

Chosen
30
26
bizim.media

10Sources