EN

İrandakı anti Azərbaycan qrupu nədən narahatdır?

Tribuna portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranda fəaliyyətdə olan anti-Azərbaycan qruplaşması Vaşinqtonda əldə olunmuş naliyyəti heç bir şəkildə həzm edə bilmir.

Tribunainfo.az xəbər verir ki, məhz bu səbəbdən davamlı olaraq, rəsmi Bakını hədəfə alaraq, xüsusən də Zəngəzur dəhlizini gözdən salmaq üçün bütün yalanlardan istifadə edir.

Həmin qruplaşmanın üzvlərindən biri olan, Tehran Universitetinin professoru, ekspert Kiyomərz Yazdanpənah “Khabarfori” saytına deyib ki, guya, bölgə təhlükə altındadır. “Təkcə Zəngəzur deyil, bütöv bir bölgənin taleyi təhlükə altındadır. Zəngəzur dəhlizinin açılması sıradan bir hadisə deyil. Bu, 99 il ərzində bir bölgənin taleyinə təsir edir. ABŞ həm də sistemli şəkildə geosiyasi tarazlıq yaratmağa çalışır”.

Digər Azərbaycan düşməni, ekspert Dariuş Səfərnejat isə “Sepah Pasdaran” Teleqram Kanalına açıqlamasında bildirib ki, guya, Zəngəzur dəhlizi NATO-nun irəliləməsi üçün sadəcə olaraq İranın şimal sərhədlərindəki kamflyuajdır. “Alyans Cənubi Qafqazda dayaq yaradır və bu, sonradan İranın şimal sərhədləri yaxınlığında etnik separatizmi qızışdırmaq üçün logistik bazaya çevrilə bilər”.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
52
33
tribunainfo.az

10Sources