EN

Elmlər doktoru adının verilməsi ilə bağlı statistika açıqlandı

2025-ci ilin I yarısında elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə statistika açıqlanıb.Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanına Ali Attestasiya Komissiyasının yaydığı məlumata görə, bu dövr ərzində elmlər doktoru elmi dərəcəsi ən çox filologiya sahəsində verilib. Belə ki, filologiya üzrə səkkiz nəfər bu adı alıb. İkinci sırada isə tibb və texnika elmləri gəlir, bu sahələrin hər biri üzrə 7 nəfərə elmlər doktoru adı verilib.Ən az elmi ad verilmiş sahələr isə astronomiya (1 nəfər), milli təhlükəsizlik və hərbi elmlər (1 nəfər) üzrə olub.

Elmlər doktoru elmi adının verilməsindən ən çox imtina isə kimya və texnika elmləri olub. Bu sahələrin hər biri üzrə 3 nəfərə elmi adın verilməsindən imtina edilib.

Chosen
25
33
metbuat.az

10Sources