"Mançester Yunayted" yeni qapıçı arayışlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "köhnə dost"a yönəlib. Klubun rəhbərliyi David de Xeanı geri qaytarmaq istəyir.

Bu barədə "Sun Sport" məlumat yayıb.

Son 2 mövsümdə komandanın "1" nömrəsi olan Andre Onana artıq heyətdə düşünülmür. O, dünən keçirilən "Arsenal"la oyunda heyətə daxil edilməyib.

MY qapını yenidən De Xeaya əmanət etməyi planlaşdırır.

Qeyd edək ki, ispaniyalı qapıçı bu yay "Fiorentina" ilə 2028-ci ilin yayına kimi yeni müqavilə imzalayıb. O,1 il klubsuz qaldıqdan sonra ötən yay Florensiya təmsilçisinə qoşulmuşdu.