EN

Azərbaycana ilk 7 ayda 1 milyard dollarlıq avtomobil idxal edilib

2025-ci ilin yanvar-iyul ayında Azərbaycan 1 milyard 171 milyon dollar dəyərində 63 401 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 24%, miqdar ifadəsilə 24% artıb.

O cümlədən, 2024-cü ilin yanvar-iyul ayında isə Azərbaycana 943 milyon 792 min dollar dəyərində 51 179 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin 7 ayında Azərbaycana minik avtomobillərinin idxalı 58 044 ədəd ikən, əvvəlki ildə 46 017 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 26% artıb.

Chosen
69
31
banker.az

10Sources