EN

SOCAR və CIMA arasında anlaşma memorandumu imzalanıb

Bakı. Trend:

SOCAR ilə İdarəetmə Mühasibləri üzrə Peşəkar SertifikatlaşdırmaTəşkilatı (CIMA – The Chartered Institute of ManagementAccountants) arasında əməkdaşlığa dair Anlaşma Memorandumuimzalanıb.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Qeyd olunub ki, memorandum CIMA-nın Londonda yerləşən Başofisində SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov və CIMA-nın icraçıdirektoru Endryu Hardinq tərəfindən imzalanıb.

Sənəd maliyyə və idarəetmə sahələrində bilik və bacarıqlarıninkişaf etdirilməsi, beynəlxalq standartlara uyğun korporatividarəetmə və mühasibatlıq praktikasının təşviq olunması, eləcə dəSOCAR-ın maliyyə funksiyalarının daha da gücləndirilməsi məqsədidaşıyır.

Layihə çərçivəsində gələcəkdə birgə təlim proqramlarınıntəşkili, sertifikatlaşdırma təşəbbüsləri və müvafiq sahələr üzrətəcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, dünyada idarəetmə mühasibatlığı üzrə aparıcıpeşəkar təşkilatlardan biri olan CIMA 1919-cü ildə BöyükBritaniyada təsis edilib. Hazırda dünyanın 170-dən çox ölkəsindəfəaliyyət göstərən CIMA maliyyə rəhbərləri və menecerləri üçünyüksəksəviyyəli təlim və sertifikatlaşdırma xidmətləri təqdim edir.CIMA, həmçinin Amerikanın Sertifikatlaşdırılmış İctimai Mühasiblərİnstitutu (AICPA - The American Institute of Certified PublicAccountants) ilə birlikdə beynəlxalq səviyyədə tanınan“Sertifikatlaşdırılmış Qlobal İdarəetmə Mühasibi” (CGMA - CharteredGlobal Management Accountant) sertifikatının da təsisçisidir.

Məqalədə:
Chosen
40
50
az.trend.az

10Sources