Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzEdu.az regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını təqdim edəcək.
Yüksək bal toplayanların siyahısı üçün Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseyin məzunu Vəlizadə Aygün Tofiq qızı 690.8 bal toplayaraq ən yüksək nəticəni əldə edib.
Xızı rayonu Giləzi məktəbin məzunu Mustafayev İbrahim Ağa oğlu - 688.8 bal;
Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin məzunu- Şirinov Röyal Şahbaz oğlu 687.3;
Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Məmmədli Aysel Elbrus qızı - 680.7 bal.