
Pekin Universiteti Xəstəxanasında aparılan araşdırmaya görə, yüksək miqdarda karoten tərkibli qidaları çox istehlak edən kişilərdə erektil disfunksiya (sertləşmə problemi) riski 60%-dək artır. Karotenlər bədəndə A vitamininə çevrilərək hüceyrələri qoruyan antioksidant təsir göstərir. Lakin tədqiqatçılar hesab edir ki, artıq karoten damarların daxili səthinə zərər verə bilər.Cinsi həyəcan zamanı damarların daxili səthindəki hüceyrələr nitrit oksid ifraz edir və bu da penisin qan dövranını artıraraq ereksiyanı təmin edir. Alimlər bildirir ki, həddindən artıq karoten istehlakı bu hüceyrələrin funksiyasını poza bilər.Karoten yalnız kökdə deyil; şirin kartof, balqabaq, ərik və mango kimi narıncı rəngli tərəvəz və meyvələrdə də yüksək miqdarda mövcuddur. Buna görə mütəxəssislər qeyd edir ki, bu qidalar faydalıdır, lakin həddən artıq istehlakı risk yarada bilər.Araşdırma Archives of Medical Science jurnalında dərc olunub və karoten ilə erektil disfunksiya arasında əvvəllər bilinməyən bir əlaqəni gündəmə gətirib. Alimlər deyib:"Karoten səviyyələri ilə ereksiyanın pozulması arasında əhəmiyyətli bir əlaqə tapdıq. Bu mexanizmlərin bioloji əsaslarını başa düşmək üçün daha çox araşdırmaya ehtiyac var."Ulusum.az
Diqqət Çəkənlər
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
FHN: Ötən həftə 5 nəfərin meyiti tapılıb
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb