EN

Tanış olmaq istəməyən qızı döydü

Yekaterinburqda gənc oğlan Şerbakova küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində qızla tanış olmaq istəyib. Qız bundan imtina etdiyi üçün oğlan ona hücum edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Zərərçəkmişin sözlərinə görə, iki tanımadığı şəxs ona və rəfiqəsinə yaxınlaşaraq Yekaterinburqa gəlişlərinin məqsədini soruşublar. Onlardan biri qızı incitməyə başlayıb, sonra isə onu döyüb. 

Hücum edən şəxs qaçsa da, tezliklə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Seymur Əli

Chosen
79
11
unikal.az

10Sources